Ukrayna müxalifətindən avtomobilli aksiya

"Ukrayna hökumətinə avtomobillə zərbə vurmaq lazımdır".

 

APA TV-nin  xəbərinə görə, bu barədə Ukrayna müxalifəti bəyanat verib. Ukrayna müxalifətinin liderləri maşınlarla yürüş keçirməyi nəzərdə tutduqlarını açıqlayıblar. Bundan sonra, 200-dən çox maşından ibarət avtomobil karvanı prezident Yanukoviçin iqamətgahına yol alıb. Kiyev yaxınlığındakı Mejiqoriyu iqamətgahına yol alan karvana velosipedlə və piyada qoşulan insanlar da olub. Aksiyada ümumilikdə 5000-ə qədər adamın iştirak etdiyi bildirilir.

 

"Bizim ora getməyimizdə məqsəd hələ sakitləşmədiyimizi göstərməkdir. Hökumət istefaya getməyincə sakitləşməyəcəyik. Onlara da yeni il bayramlarında rahatlaşmağa imkan verməyəcəyik"- bunu aksiya iştirakçıları adından müxalifət liderlərindən biri Vitali Kliçko deyib. O həmçinin bildirib ki, yeni il bayramından sonra müxalifət ümumukrayna tətillərinə çağırış edəcək. 

 

Müəllif | Apa.Tv
Apa.tv