Nazim İbrahimov: "Bu, erməni mifinin dağılması deməkdir"

"Qondarma erməni soyqırımının cəfəngiyat olduğunu dünyaya çatdırmaq üçün gələn il də əlimizdən gələni edəcəyik".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Onun sözlərinə görə, Azərbaycan diaspor təşkilatları həqiqətdə soyqırımına məruz qalanların ermənilər yox, azərbaycanlılar və türklər olduğunu bütün dünyaya çatdırmaq istiqamətində işlər görür: "Ermənilər nəyəsə nail olacaqlarsa, bu, təkcə ermənilərin gücü deyil, onların havadarlarının, onlara rəğbət bəsləyən müəyyən dövlətlərin maraqlarıdır. Bu, o demək deyil ki, türk dünyasının işi zəifdir. Dünyanın bir çox ölkəsi artıq Xocalı soyqırımını qəbul edib. Bu, erməni mifinin dağılması deməkdir".

 

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

 

Müəllif | Apa.Tv