Bakıda bir neçə YENİ YOL ÇƏKİLƏCƏK

"I Avropa Olimpiya oyunlarına kimi paytaxtda bir neçə istiqamətdə yeni yol çəkiləcək".

 

Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov APA TV-yə deyir ki, yeni çəkiləcək yollar sırasında ən büyük layihə Heydər Əliyev prospektinə paralel yoldur. Yasamal rayonu Qələbə dairəsindən başlayacaq yol Koroğlu metrosuna kimi uzanacaq: "Həsən Əliyev küçəsindən Olimpiya Kompleksinə kimi yeni bir yolun çəkilməsi planlaşdırılır".      

Mövcud yolların genişləndirilməsinin də nəzərdə tutulduğunu deyən Namiq Həsənov bildirib ki, bununla da şəhərin mərkəzi hissəsində avtomobil yükünü bir qədər azaltmış olacaq. Gələn il inşası nəzərdə tutulan yollara gəlincə nazirlik sözçüsü deyir ki, irihəcmli tikinti işləri Babək prospektində aparılacaq. Yolun həm asfalt örtüyü, həm də yol kənarları təmiri ediləcək. Həmçinin, Mikayıl Əliyev və Sərdar Səfərov küçələri yenidən qurulacaq.

 

Bundan başqa, yollarda xüsusi elektron lövhələr quraşdıracaq: "Yolların işarələnməsi , onların həm ingilis, həm Azərbaycan dilində yazılı lövhələrin vurulması turistlər üçün bir növ xəritə rolunu oynayacaq. Artıq turistlər otellərin yolu ilə yanaşı, istədikləri iri mərkəzlərə rahatlıqla gedə biləcəklər". 

 

Paytaxtın bir sıra mərkəzi küçələrində yerləşdirilən tablolarda  yalnız otellərin adları və istiqamətləri göstərilib. 

Müəllif | Apa.Tv