Sumqayıtda "KamAZ" 6 AVTOMOBİLİ ƏZDİ

Sumqayıtda yük maşını 6 avtomobili əzərək ağır qəza törədib. Hadisə səhər saatlarında şəhər ərazisində yerləşən Sumqayıt Texnologiyalar Parkındakı kabel zavodunun qarşısında qeydə alınıb. Sumqayıt Şəhər Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, “KamAZ” markalı yük avtomobili idarə etməni itirərək zavodun dayanacağında olan 6 avtomobili əzib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv