Prezidenti İlham Əliyev Qız Qalasında muzey ekspozisiyası ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 30-da Bakının rəmzlərindən olan Qız Qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olublar. “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev dövlət başçısına və xanımına burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verib. APA TV-nin xəbərinə görə, Qız Qalası ilə tanışlıqdan sonra prezident və xanımı xatirə şəkli çəkdiriblər.

 

Müəllif | Apa.Tv