Bu ilin ilk atəşkəs pozuntusu Ağdamda qeydə alınıb

2014-cü ildə ilk atəşkəsin pozulması faktı Ağdam istiqamətində qeydə alınıb. Düşmən ilin ilk günündə gecə saatlarından başlayaraq, bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini və rayonun Çıraqlı kəndini atəşə tutub. APA TV-nin xəbərinə görə, kəndə tuşlanan güllələrdən bir neçəsi kənd sakini Allahverdi Cəfərovun evinə dəyib. Bir ədəd 5.45 mm kalibrli avtomat gülləsi evin pəncərəsini sındırıb. Xoşbəxtlikdən həmin otaqda olan ev sahiblərindən heç kim xəsarət almayıb.

 

Müəllif | Apa.Tv