Məşhur pilotun vəziyyəti ağırdır

Bir müddət öncə xəstəxanaya yerləşdirilən dünya şöhrətli avtopilot Mixael Şumaxerin vəziyyəti stabil olaraq qalır. APA TV-nin xəbərinə görə, alman pilotun meneceri bildirib ki, Şumaxer həkimlərin nəzarəti altındadır.

 

Qeyd edək ki, 7 qat "Formula-1" çempionu başından ciddi zədə alıb. O, dağ xizəyi ilə məşğul olarkən yaralanıb.

 

Şumaxer "Formula-1"də çıxışını 2012-ci ildə başa vurub. O, avtoidman tarixinin ən uğurlu pilotlarındandır.

 

Müəllif | Apa.Tv
Apa.tv