Misir yeni ilə iğtişaşlarla başladı: 2 TƏLƏBƏ ÖLDÜ

Misir yeni ilin ilk gününü qarşıdurmalarla qarşılayıb. APA-nın məlumatına görə, qarşıdurmalar ölkənin böyük şəhərlərindən biri - İsgəndəriyyədə başlayıb. Sabiq prezident Məhəmməd Mursinin tərəfdarları aksiya keçiriblər. Aksiyalarda devrilmiş prezidentin tərəfdarları və bir çox liderinin həbsdə olduğu "Müsəlman qardaşları" hərəkatının tərəfdarları iştirak ediblər. Qarşıdurmalar itkisiz ötüşməyib. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində iki tələbə həyatını itirib, 3-ü polis əməkdaşı olmaqla 6 nəfər yaralanıb. İsgəndəriyyə Polis İdarəsinin rəisi Nazir əl-Abd 14 aksiya iştirakçısının saxlanıldığını açıqlayıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv