Rusiyada azərbaycanlı iş adamının başını kəsdilər

Rusiyada Orenburq vilayətinin Qay şəhərində azərbaycanlı biznesmen öldürülüb. APA TV-nin xəbərinə görə, hadisə yanvarın 1-dən 2-nə keçən gecə "Cənnət" kafesində baş verib. Xəsarət almış 29 yaşlı azərbaycanlı boğazından aldığı bıçaq yarası ilə Qay şəhər xəstəxanasına çatdırılıb, lakin tezliklə dünyasını dəyişib. Rusiya İstintaq Komitəsinin müvafiq idarəsindən bildirilib ki, 22 yaşlı yerli sakin cinayətin törədilməsində şübhəli bilinir. Hazırda hadisənin baş vermə səbəbləri ilə bağlı təhqiqat işləri aparılır, saxlanılmış şəxsə qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə qərar müzakirə olunur.

 

 

Müəllif | Apa.Tv