Ebru Gündəş də polisə çağırıldı - RÜŞVƏT QALMAQALI
Türkiyədə keçirilən "rüşvət əməliyyatı" ilə bağlı araşdırmalar davam edir. Hazırda həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrabın həyat yoldaşı, məşhur sənətçi Ebru Gündeş və onun böyük qardaşı Çingiz Kumartaşlıoğlu polisdə dindiriliblər. APA TV-nin xəbərinə görə, vəkili Şeyda Yıldırımla İstanbul Polis İdarəsinə (Əmniyyət Müdirliyinə) gedən müğənni və qardaşı korrupsiyaya qarşı mübarizə şöbəsində ifadə verib. Əmniyyət Müdirliyində dindirilmə uzun çəkib. Ebru Gündəş və qardaşı 2 saata polisə ifadə veriblər.
İlkin ehtimallara görə, Ebru Gündeşdən Rza Zərrabla telefon danışıqlarındakı bəzi şübhələ məqamlara açıqlama gətirməsi tələb olunub.
Hazırda tanınmış müğəni Ebru Gündəşin əri, məşhur iş adamı Rza Zərrab ötən il dekabr 17-də tutulub, barəsində həbs-qətimkan tədbiri seçilib. Onunla bərabər daha bir neçə nəfər, həmçinin nazirlərin övladları da tutulub. Onlar külli miqdarda rüşvət almaq, vermək və digər korrupsiya cinayətlərində təqsirləndirilir.