Somalidə terrorçular oteli partlatdılar

Afrika ölkəsi olan Somali yeni ili partlayış səsləri ilə qarşılayıb. Paytaxt Moqadişudakı bir oteldə iki partlayış törədilib. Nəticədə 11 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı bildirilir. Terrorçuların törətdiyi ilk partlayış 2 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub. Daha sonra Moqadişu hava limanı yaxınlığındakı Əl-Cəzirə otelinin girişində partlayıcı maddələr yüklü avtomobildə ikinci partlayış həyata keçirilib. Burda isə biri polis müdürü olmaqla 7 əsgər həyatını itirib. İki silahlı hücum nəticəsində yaralanan 30 nəfər xəstəxanalara çatdırılıb, onların vəziyyəti ağırdır. Şahidlər partlayışlardan sonra terrorçularla hökumət qüvvələri arasında atışma baş verdiyini deyirlər.

 

APA TV-nin xəbərinə görə, partlayışları Somalidəki əl-Qaidəyə bağlı əş-Şəbab qruplaşması üzərinə götürüb.
 

Müəllif | Apa.Tv
Apa.tv