Mingəçevirdə UŞAQLARDAN İBARƏT OĞRU DƏSTƏSİ TUTULDU

Mingəçevirdə mənzillərdən oğurluq edən şəxslər tutulub. APA TV-nin məlumatına görə, şəhərin Ü.Hacıbəyov və M.Maqomayev küçələrində evlərdən oğurluq edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri 1991-ci il təvəllüdlü Kərimov Elçin Elşən oğlu, 1994-cü il təvəllüdlü Nəsibzadə Xəyal Rafael oğlu, 1995-ci il təvəllüdlü Ənvərli Ənvər Ziyəddin oğlu və 1997-ci il təvəllüdlü Gözəlzadə Şahmar Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıblar. Məlum olub ki, onlar əlbir olaraq mənzillərə oğurluq məqsədilə daxil olublar və iki evdən ümumilikdə 5 min manatdan artıq qızıl-zinyət əşyaları aparıblar. Onlar plastik pəncərələri olan mənzilləri qarət ediblər. Onlar xüsusi alətlə plastik pəncərələri rahat şəkildə açaraq içəri daxil olublar. Yeniyetmə və gənclər oğurladıqları qızıl-zinyət əşyalarını Gəncə, Ağdaş və Bakıda satıblar. 

 

Mingəçevir polisi əhərdə liftlərin qənimi kəsilən şəxsi də həbs edib. Şəhər sakinləri Polis Şöbəsinə müraciət edərək, çoxmərtəbəli yaşayış binalarındakı liftlərin metal ehtiyat hissələrinin və mühərriklərin oğurlandığını bildiriblər. Əməliyyat-axtarış tədbirləri zamanı 6 çoxmərtəbəli binadan oğurluq edən 1985-ci il təvəllüdlü  Əkbərov Vasif Nizami oğlu şübhəli şəxs qismində saxlanılıb. O, oğurluq etdiyini etiraf edib və əşyaları satdığını bildirib.

 

Hər iki faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi başlanıb. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov