Övladının gözü önündə qayınatası və qayınanasını öldürdü - DƏHŞƏTLİ QƏTL

Abşeron rayonunun Novxanı bağlar massivində dəhşətli cinayət törədilib.  Hacıqabul rayon sakini, 35 yaşlı Bayram Həsənov kirayə yaşadığı evdə qayınatası Nəzər və qayInanası Rəfiqə Hüseynovları odlu silahla qətlə yetirib. Hər iki şəxs baş nahiyəsindən güllə ilə vurub. Abşeron rayon Polis Şöbəsindən verilən məlumata görə, Həsənov kecmiş həyat yoldaşına zəng edərək uşağı görmək istədiyini bildirib. APA TV-nin xəbərinə görə, həyat yoldaşı da uşağı və valideynləri ilə birlikdə Bayramın yaşadığı evə gəliblər. Evdə onlar arasında mübahisə düşüb. Nəticədə Bayram Həsənov özünə məxsus qoşalülə tüfəngini götürüb və onları qorxutmaq məqsədi ilə havaya atəş açıb. Bayram Həsənov əvvəl havaya atəş açdığını, sonra isə qayınanasının başından güllə ilə vurduğunu deyib.

 

Qadın aldığı güllə yarasından yerə yıxılıb. Bu zaman qayınatası onun üstünə hucum edib: "Kişinidə vurdum. Bilmirəm, mən cıxanda ölməmişdilər".

 

Hər iki qohumunu öldürən Bayram daha sonra hadisə yerindən qaçıb. Keçırilən əməlliyyyat tədbirləri nəticəsində Abşeron polisi onu həbs edib.  Təqsirləndirilən şəxs Sumqayıt ərazisində Türkiyə vətəndaşına məxsus şirkətdə usta işləyirmiş. 

 

Müəllif | Apa.Tv