“VAZ-2106” “KamAZ” altında qaldı, SÜRÜCÜ ÖLDÜ
Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsindən Korgöz qəsəbəsinə gedən avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Nazirliyin Xüsusi riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.
APA TV-nin xəbərinə görə, hadisə yerinə baxış keçirilərkən məlum olub ki, Əliyev Saməddin Cabir oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə İsmayılzadə Maqsud Çingiz oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb. “VAZ-2106” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində keçinib.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi avtomobildən çıxararaq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər.