ABŞ-da bina partladı

ABŞ-ın Minneapolis şəhərində binalardan birində partlayış baş verib. Partlayışda 10 nəfərin yaralandığı bildirilir. Partlayışdan sonra binada yanğın baş verib. Yanğının söndürülməsində çətinliklər yaranıb.

 

APA TV-nin xəbərinə görə, yeni ilin ilk günündə baş verən partlayışın baş vermə səbəbi hələ də müəyyən olunmayıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Binanı tüstü qatı bürüməsi içəridə qalanların xilas edilməsində maneələr yaradıb.

Müəllif | Apa.Tv
Apa.tv