Azərbaycanlı narkokuryerin MƏDƏSİNDƏN 150 BÜKÜM ERİON TAPILDI

Rusiyanın Primorya vilayətinin polisi axtarışda olan azərbaycanlı narkokuryeri həbs edib. İstintaq sirri olduğundan hələlik onun adı açıqlanmır. Polis əməkdaşlarına onun üzərində narkotik vasitə olması barədə məlumat verilib. Xəbərin dəqiq olmasına baxmayaraq, üzrəni baxış zamanı həmin şəxsdən narkotik tapılmayıb. Bundan sonrab həmin şəxsin tibbi yoxlamadan keçirilməsinə qərar verilib. Bu zaman polislər və şahidlər qarşılaşdıqları mənzərədən təəcübləniblər. Tibbi müayinə zamanı 28 yaşlı soydaşımızın mədəsindən 145 paket narkotik vasitə hesab edilən heroin aşkarlanıb edilib. Ümumi çəkisi 450 qram olan güclü təsirə malik narkotik vasitəni  mədəsində gəzdirən şübhəli şəxs barəsində artıq həbs-qətimkan tədbiri seçilib. 

Müəllif | Apa.Tv