Bayram günlərində ölkədə otellərin əksəriyyəti tutulub

Yeni ilin ilk günlərində Azərbaycanın bölgələrində otellərində demək olar ki, yer qalmayıb. Turizm Peşəkarları Assosiasiyasının rəhbər Ruslan Quliyev APA TV-yə bildirib ki, əsilində bu, gözlənilməz olub. Ümumiyyətlə, son 3 ildə bayram günlərində otellərə marağın artdığı müşahidə edilir.

 

Analoji vəziyyət paytaxtdakı otellərdə də yaşanıb. Bayram günləri  paytaxtda qiymətindən asılı olmayaraq, otellərin əksəriyyəti dolub. Turizm Peşəkarları Assosiasiyasının apardığı araşdırma nəticəsində məlum olub ki,  ölkə üzrə otellərdə yeni il gecəsi proqramları adambaşına 80-150 manat arasında təklif olunub. Əsilində qiymətlər o qədər ucuz olmasa da, maraq böyük olub. Turizm şirkətlərindən verilən məlumata görə, otellərdə qiymətlər ötən illə müqayisədə artmayıb. Amma yenə də qiymətlər digər ölkələrlə müqayisədə xidmət səviyyəsini də nəzərə alsaq, baha hesab olunur. 
 

Turizm Peşəkarları Assosiasiyasının rəhbər Ruslan Quliyevin sözlərınə görə, aktivlik daha çox Qəbəbə, Quba, Xaçmaz, Şəki-Zaqatala və cənub bölgəsində olub. Bu istiqamətlərdə otellərin qiyməti xidmət səviyyəsindən və ulduz sayından asılı olaraq, 40-100 manat arasında dəyişir.

 

Müəllif | Apa.Tv