Tarif Şurasından BENZİNİN BAHALAŞACAĞI BARƏDƏ XƏBƏRLƏRƏ REAKSİYA

Azərbaycanda benzinin və digər yanacağın qiymətinin yenidən artacağı gözlənilmir. Bu barədə “APA-Economics”ə Tarif Şurasından məlumat verilib.

“Ölkədə benzin və digər yanacağın qiyməti ötən ilin dekabr ayında qalxıb. Şuraya benzin və yanacağın qiymətinin artırılması ilə bağlı heç bir təklif gəlməyib. Bu baxımdan da hər hansı qiyməti artımı gözlənilmir”, - deyə Tarif Şurasından bildirilib.

 

Mətbuatda Azərbaycanın cənub bölgəsində yanacaqdoldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilməməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, sürücülərə yalnız 5 manatlıq benzin ala biləcəkləri deyilib. Məntəqələrdə böyük növbələr yaranıb. Yanacaq dolduranlar 5 manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq sürücülər bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul edirlər.

 

Məlumatda böyük ehtimalla yanvarın ilk iş günü (yanvarın 7-dən) Tarif Şurasının benzinin yenidən bahalaşması ilə bağlı qərarını elan edəcəyi deyilir. Yanacaqdoldurma məntəqələri də bundan xəbərdardır, ona görə benzin satışını məhdudlaşdırıb ki, ucuz qiymətə aldıqları benzini baha qiymətə satsınlar. Benzinin qiyməti 1 manata qədər artırıla bilər.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanda benzin sonuncu dəfə Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. 

Müəllif | Apa.Tv