Rüşvət üstündə tutuldu, dövlət xəzinəsinə 7 milyon avro ödədi
Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsini aşması maddəsi ilə həbs olunan Yunanıstanın Müdafiə Nazirliyinin sabiq əməkdaşı Antonis Kantas dövlət xəzinəsinə 7 million avro qaytarıb. Məhkəmə istintaqı zamanı Kantas xarici ölkə vətəndaşlarından və şirkətlərdən dəyərli hədiyyələr və nəğd pul aldığını etiraf edib. Məhkəmə Müdafiə Nazirliyinin əməkdaşının dövlətə 16 milyon avro ziyan vurduğunu və bu pulların qısa zamanda qaytarılması barədə hökm cıxarıb.
APA TV-nin xəbərinə görə, Kantas 1997 -2002-ci illərdə Yunanıstanın Müdafə Nazirliyində Departament rəisinin köməkçisi işləyib. Daha sonra həbs olunan Kantas bir neçə əməkdaşın da maliyyə frırıldağında ona yardımçı olduğu barədə məlumat verib. O, Müdafiə Nazirliyini Almaniya istehsalı olan sualtı gəmilərin, təyyarə və tankların alınmasına və İsveç istehsalı olan "Artur" radar sisteminin gətirilməsinin vacibliyinə inandırıb. Hədiyyələr və pul mükafatlarına da bu yolla sahib olub.