Anjey Kaspşikin mandatı 17-ci dəfə uzadıldı

İsveçrənin xarici işlər naziri Didye Burkxalter ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşikin mandatını növbəti dəfə bir il müddətinə uzadıb. ATƏT-in rəsmi saytındakı məlumata əsasən, polşalı diplomat 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.

 

ATƏT-in fəaliyyətdə olan sədri isveçrəli diplomat Anjelo Qnadingeri özünün Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib. 


APA Tv-nin xəbərinə görə, bu il yanvarın 1-dən ATƏT-də sədrlik Ukraynadan İsveçrəyə keçib. İsveçrə Cənubi Qafqazda dialoq və sabitliyə nail olmağı sədrliyi dövrünün prioritetlərindən biri kimi göstərib.

 

Müəllif | Apa.Tv