İnsan axını, sevnən və itən uşaqlar, narazı qarqızlar - BAYRAM MƏNZƏRƏSI

Hər il olduğu kimi, bu il də yeni il ərəfəsində paytaxt sakinləri əsasən, Dənizkənarı Milli Parka gəlir. Bayramla əlaqədar olaraq, bir neçə günlük tətil ailələrə övladlarını sevindirmək imkanı yaradır.

 

 

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA TV-yə deyib ki,

bu günlərdə bulvara gələnlərin ardı-arası kəsilmir. Dekabrın 31-də atəşfəşanlığın olduğunu deyən N.Məcidov həmçinin, bulvara yeni gəminin gətirildiyini söyləyib.

 

 

Ancaq bayram günü də problemsiz ötüşməyib. Belə ki, bulvarda əhali çoxluğundan bir neçə valideyin uşağını itirib: "Bir neçə uşaq itmişdi. Onu da bizim mühafizəçilər dərhal bir-biriləri ilə əlaqə saxlayaraq, problemi həll etdilər".

 

Bakı Bulvarında 12 yerdə yolka bəzədilib. Hər bir ağacın yanında isə bir Şaxta Baba və Qar Qız dayanır. Daha çox uşaqları maraqlandıran şaxtababalar işlərindən məmnun qaldıqlarını deyirlər. Ancaq uşaqları artıq şaxtababanın varlığına inandırmaq da çətindir.

 

Qarqızlar giley güzar edirlər. Qızlar onlara münasibətin birmənalı olmadığını deyirlər .

 

Artıq yeni il gəlib. Paytaxt sakinlərinin Dənizkənarı Milli Parka axını davam edir. Şaxtababa və qarqızlar da fəaliyyətdədir.  Ancaq yanvarın 6-dək...

 

Bulvarda əylənmək xoş olsa da, gərək əlin cibində  dolu olsun. Çünki həmişəki kimi qiymətlər əlimizi yandırır. Bulvar İdarəsi bazar iqtisadiyyatı ilə əlaqədar Bulvar İdarəsinin qiymətlərə birbaşa təsir edə bilmədiyini bildirir. Amma bayramqabağı süni qiymət artımının olmaması üçün nəzarəti gücləndiriklərini deyir.

 

Bu bayramda bulvarda konsert proqramının keçirilməsə də, atəşfəşanlıq olub.

 

Müəllif | Apa.Tv