Dairəvi yolda dəhşətli qəza: ATA VƏ OĞLU ÖLDÜ, ANANIN VƏZİYYƏTİ AĞIRDIR
Ötən gecə Bakıda iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən dəhşətli yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazindən keçən hissəsində qeydə alınıb. Dairəvi yolla Biləcəri qəsəbsindən Lökbatan qəsəbəsi istiqamətində yüksək sürətlə hərəkət edən “Chevrolet” markalı minik maşını yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb. Maşın arakəsmələrə dəyə-dəyə bir neçə metr irəliyə düşüb. Hadisə nəticəsində sürücü və avtomobildəki sərnişinlərdən biri hadisə yerində dünyasını dəyişib, biri isə ağır xəsarət alıbr. Şahidlərin verdiyi məlumata görə, dəhşətli qəzada ölənlər kişi, yaralanan isə qadın olub. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir. İlkin araşdırma nəticəsində yalnız o məlum olub ki, avtomobil İmişli rayon sakini Əhmədov Hacı İdris oğluna məxsusdur. Maşını onun idarə etdiyi ehtimal edilir.
Kliniki Tibbi Mərkəzdən APA TV-yə verilən məlumata görə, qəzadan sonra xəstəxanaya 45 yaşlı Validə Məstəliyeva gətirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəzaya uğrayan avtomobildəkilər eyni ailənin üzvləri olublar. Yaralı Validə Məstəliyevanın həyat yoldaşı və oğlu hadisə yerində dünyalarını dəyişiblər.
Dövlət Yol Polisi əməkdaşlarının APA TV-yə verdiyi məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Avtomobilin sürəti o qədər yüksək olub ki, arakəsmələri sındırıb, maşının bəzi hissələri təxminən 25-30 metr kənara düşüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.