Amerikada qar faciəsi: 9 NƏFƏR ÖLÜB
Şimali Amerikada qeydə alınan anomal soyuqlar həyatı iflic edib.
APA TV-nin məlumatına görə, Kanadanın Monreal və Vinnipeg şəhərlərində 26 dərəcə şaxta müşahidə olunur. Ölkənin Ətraf mühitin mühafizəsi Nazirliyi bəzi yelərdə şaxtanın 46 dərəcəyə çatdığını açıqlayıb.
ABŞ-ın şimal-şərqində də çovğun ciddi fəsadlara səbəb olub. Çovğun nəticəsində 9 nəfərin öldüyü bildirilir. Nyu-York və Nyu-Cersi ştatlarının qubernatorları fövqəladə vəziyyət elan ediblər.
Hava şəraiti ilə əlaqədar avtomobil yolları, məktəblər və digər idarələr bağlanıb, hava nəqliyyatı dayanıb, Nyur-York İllinoys, Nyu-Cersi və Ohayo ştatlarındakı hava limanlarının işi pozulub. Bir sutka ərzində 3000 reys ləğv edilib, 10 minə yaxın reys isə ləngiyib. Sərnişinlər hava limanlarında qalmağa məcburdurlar. Çünki otellərdə yer yoxdur.
Hökumət sakinləri evlərini tərk etməməyə çağırıb. Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə hava daha da pisləşəcək.