Ağstafada gənclərin mübahisəsi qanlı bitdi

Ağstafa rayonunun Qıraq Kəsəmən kənd sakini bıçaqlanıb. Ağstafa rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə Qıraq Kəsəmən kəndində baş verib. Ağstafa şəhər sakini, 33 yaşlı Araz İsmayılov bu kəndə gəlib və oranın sakini, 27 yaşlı Pərvin Nəcəfovla mübahisə edərək onu bıçaqlayıb. P. Nəcəfov dərhal Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli