İraqda silahlı qarşıdurmalarda 200-dək adam ölüb

İraqın Ənbar vilayətində güc strukturları və sünni təriqətinə mənsub silahlılar arasında baş verən toqquşmalarda 100-dən çox adam həlak olub. Əl-Fəluca və Ər-Rəmadi şəhərlərində silahlı toqquşmalar davam edir. Yerli mənbələrin məlumatına əsasən, gün ərzində 32 dinc sakin və  üsyançıları dəstəkləyən “İraq və Levantedə İslam Dövləti” qruplaşmasının 71 silahlısı  həlak olub. Hökumət qüvvələri arasında ölən və xəsarət alanların sayı barədə məlumat verilmir.

 

APA TV-nin xəbərinə görə, İraqda Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli “İraq və Levantedə İslam Dövləti” qruplaşmasının 62 silahlısı məhv edilib. 16 silahlı Əl-Xəldiyə, 46-sı Ər-Rəmadi şəhərində zərərsizləşdirilib.  Əməliyyat İraqın xüsusi xidmət orqanları və yerli icmaları tərəfindən keçirilib.

 “İraq və Levantedə İslam Dövləti” qruplaşması İraqın Əl-Fəluca şəhərinin yarısını, Ər-Rəmadi şəhərinin isə bir hissəsini ələ keçirib.

 

Müəllif | Apa.Tv