Fransa və İngiltərə su altında qalıb
Güclü yağışlar Fransanı qərbində su daşqınlarına səbəb olub. Laita çayının daşması nəticəsində Kemperle şəhəri 1,5 metr su altında qalıb. Yerli hökumət orqanları Bretan rayonun yaxınlığına qədər olan ərazilərin təhlükə altında olduğunu nəzərə alaraq, fövqəladə vəziyyət elan edib. Daşqınlardan ən çox Finister bölgəsi zərər çəkib. Bəzi bölgələrdə suyun səviyyəsinin 5 metrə qədər qalxdığı bildirilir. Fransanın Meteo Frans Agentliyinin yayadığı məlumata görə, daşqın təhlükəsi bazar ertəsinə qədər davam edəcək. Məlumatda daşqınların şimal bölgələrində də gözlənildiyi bildirilir.
Böyük Britaniyanı 450 rayonunda da daşqınlarla bağlı xəbərdarlıq edilib. Güclü yağışların ardınca su daşqınları və sərt külək başlayıb.
Sakinlər son 40 ildə belə sərt hava şəraiti ilə rastlaşmadıqlarını deyirlər. Bu üzdən hakimiyyət orqanları sakinləri ərazidən evakuasiya edir.