Gəncədə uşaq bağçasından QUMBARA TAPILDI

Gəncədə Dədə Qorqud küçəsində yerləşən 43 saylı uşaq bağçasının yaxınlığından qumbara tapılıb. APA-TV-nın Qərb bürosunun verdiyi məlumata görə, körpələr evinin yaxınlığında qazıntı aparan fəhlələr “F-1” əl qumbarası tapıblar. Dərhal Kəpəz rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları ərazini mühafizəyə alaraq qumbara yaxınlığına gediş gəliş məhdudlaşdırılıb. Tətil günləri ilə əlaqədar bağçada uşaq olmasa da, binanın bir hissəsində məskunlaşan məcburi köçkünlər yaşadıqları yerdən evakuasiya ediliblər. Məlumata görə, bağçada 20-yə yaxın Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsi məskunlaşıb. Artıq qumbara zərərsizləşdirilib.

Müəllif | Apa.Tv
Azər Məmmədli