Türkiyədə böhrana səbəb olan TIR müəmması davam edir

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) ilə Jandarmı arasında qalmaqala səbəb olan TIR krizinin görüntüləri ortaya çıxıb. Yanvarın 1-də Hatay vilayətinin Kırıkhan rayonunda içində Suriyadakı türkmənlərə aparılan yardım olan Türkiyəyə məxsus TIR saxlanılıb. Yük avtomobilinin saxlanılmasına səbəb TIR-da silah-sursatın olması göstərilir. TIR Kırıkhan prokurorluğuna gələn xəbərdən sonra saxlanılıb. Avtomobili Jandarm saxlasa da, içindəkilər şəxslər MİT əməkdaşları olduğunu söyləyərək, yoxlama aparmağa icazə verməyiblər. Yükün "dövlət sirri" olduğu bildirilib. Valilik də TIR-dakıların MİT əməkdaşı olduğunu təsdiqləyib. Kırıkhan prokuroru protokol tərtib edib.

 

APA TV-nin xəbərinə görə, Adana Cümhuriyyət prokuroru Özcan Şişman hadisə yerinə çağırılıb. Özcan Şişman MİT əməkdaşlarının əvvəlcə Jandarma, sonra isə polisə mane olduğunu, buna baxmayaraq yük avtomobilinin yoxlanılmasında israrlı olduğunu bildirib.

 

Gərginlik artaraq, silahlı qarşıdurmaya çevrilmək həddinə çatıb. Bundan sonra, Daxili İşlər Nazirliyinin təlimatı ilə Jandarm və polis hadisə yerini tərk edib. Orda yalnız prokuror Özcan Şişman, Kırıkhan prokurorları və mühafizə polisləri qalıb.

 

Prokuror Şişman Hatay Cümhuriyyət baş prokuroru, Kırıkhan baş prokuroru, Hatay İl Jandarm komandanı, Polis rəsmiləri, Hatay valisi, Daxili İşlər Nazirliyi ilə MİT əməkdaşları haqqında cinayət işinin başlanması ilə bağlı müraciət edib.

 

Böhrana səbəb olan TIR-ın Ankarada bir şirkətdən icarəyə götürüldüyü

 

Özcan Şişman hadisə yerində gözlədiyi vaxtda Hatay Valiliyi avtomobilin və MİT əməkdaşlarının buraxılması yönündə yazılı təlimat əldə edi və onlar sərbəst buraxılıb.

 

Daxili İşlər naziri Efkan Ala bildirib ki, yük maşınında Suriyadakı türkmənlərə yardım aparılırmış.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı