Ağsuda faciə: 22 YAŞLI OĞLAN ÖLDÜ

Ağdaş rayonunda avtomobil qəzası baş verib. APA TV-nin məlumatına görə hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235 kilometrliyində, Ağdaş rayonunun Şordəhnə kəndi ərazisində qeydə alınıb. Ağdaş sakini 1951-ci il təvəllüdlü İldırım Manafovun idarə edtiyi “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn 1950-cı il təvəllüdlü Eyyub İsayevin idarə itdiyi “VAZ 21011” markalı maşınla toqquşub. Zərbənin təsirindən “VAZ 21011” yolun kənarınakı çuxura aşaraq yararsız hala düşüb. Ağır bədən xəsarəti alan sürücü Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır. “VAZ 2107”nin sürücüsü isə yüngül xəsarət alıb.

 

Ağsu rayonunda isə maşın hasara çırpılıb, sərnişin ölüb, sürücü xəsarət alıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Rəhimov Azər Xəqani oğlunun idarə etdiyi 90-EZ-247 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını yoldan çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü Azər Rəhimov və sərnişin, Maşadqanlı kənd sakini 1992-ci il təvəllüdlü Kərimov Ülvi Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ülvi Kərimov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov