TƏCİLİ TİBBİ YARDIM MAŞINI MAĞAZAYA GİRDİ, 4 nəfər yaralandı
Gəncədə 4 nəfərin yaralanması il nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Şeyx Bahəddin küçəsi ilə Vaqif küçəsinin kəsişməsində, Mərkəzi bazarın qarşısında qeydə alınıb. Şəhər sakini Əli Aşurov idarə etdiyi “VAZ 2107” markalı maşınla hərəkətdə olarkən, Əkbər Məmmədovun idarə etdiyi "Mercedes" markalı təcili tibbi yardım maşını ilə toqquşub. Zərbənin gücündən təcili tibbi yardım maşını yol kənarındakı mağazaya girib. Nəticədə “VAZ 2107”-nin sərnişini, 27 yaşlı Turan İsmayılova, təcili tibbi yardım maşının sürücüsü və tibbi bacıları Şərqiyə Həsənova ilə Bəsti Əhmədova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıların vəziyyətinin orta ağır qiymətləndirilir. Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. "VAZ 2107”-nin sürücüsu isə hadisə yerindən qaçıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimallara görə, qəzaya səbəb “VAZ 2107” markalı maşın təcili tibbi yardım maşının yoluna çıxması olub.