Bayramdan sonra bazarlar boş qalıb - REPORTAJ

Bayram ərəfəsində bazarlarda nə qədər sıxlıq müşahidə edilsə də, bayramdan sonra bu yerlərdə müştəri qıtlığı yaşanır. APA TV-nin çəkiliş Yaşıl bazarda müşahidə aparıb. Burada təklif olunan məhsul çeşidi çox olsa da, alıcıların sayı ilə bağlı eyni sözləri demək mümkün deyil. Satıclar  deyirlər ki, heç bayram ərəfəsində də gözlənilən qələbəlik olmayıb: "Alver zəif oldu".

Satıcılar bildirirlər ki, qiymətlərdə artım olub. Bu, toptansatış yerlərində də özünü göstərib. Satıcılar məhsulu daha baha qiymətə alıblar və bu səbəbdən də baha satıblar.

 

Onların fikrincə, alverin zəif olmasının bir səbəbi də yarmarkaların çox olmasıdır.

 

Çəkiliş qrupumuzın bazarda olduğu zamanda gələn müştərilər çox az olub. Satıcılar bunu əhalinin şəhərdən kənarda istirahət etməsi və qiymətlərin bahalığı ilə əsaslandırırlar.

 

İtirahətdən qayıdandan sonra yəqin ki, bazarlıq etməyə ehtiyac olacaq.

Odur ki, bəzi ərzaqların qiymətləri ilə sizi tanış edirik.

 

Soğan:       80 qəp.

Kartof:      1 - 1.50 man.  

Xiyar:        2 - 4 man.

Pomidor:   2 - 4 man.

Göyərti :    20 qəp.

Kahı:          50 qəp.

Alma:         3 - 5 man.

Gül kələm" 1- 3 man.

 

Necə deyərlər, əliniz cibinizdə olsun.

Müəllif | Apa.Tv
Almaz Qasımova