20 YAŞLI GƏNC ÖZÜNÜ KÖRPÜDƏN ATDI - EKSKLÜZİV
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını söyləyib. APA TV-nin xəbərinə görə, ətrafdakılar Fövqəladə Hallar Nazirliyinə və polisə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikrindən dönməyə çağırıblar. Lakin, kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.
Təxminən 20 yaşlarındakı gənc təcili yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aradşdırma aparılır.