Gəncədə Cavad Xan anıldı

Gəncənin sonuncu hakimi Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasından 210 il ötür.  APA TV-nin xəbərinə görə, bu münasibətlə Gəncədə ənənəvi anım mərasimi keçirilib. Məqbərəsi önünə toplaşan şəhər sakinləri Cavad xanın məzarına tər çiçəklər qoyaraq ehtiramlarını bildiriblər.

 

Qeyd edəki ki, Cavad xanın qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri hesab edilir. 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad general Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan artıq qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Gəncə işğal olunduqdan sonra şəhərin adı dəyişdirilərək rus çariçası Yelizavetanın şərəfinə “Yelizavetpol” adlandırılıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli