Şumaxerin vəziyyəti... - SON DURUM

"Formula-1"in əfsanəvi pilotu, 44 yaşlı Mixael Şumaxerin durumu stabildir. Ailəsi onu xəstəxanada ziyarət edib.

 

APA TV-nin məlumatına görə, Fransanın Qrenobl şəhərindəki hospitalın həyətində jurnalistlərin suallarını M.Şumaxerin mətbuat katibi Sabina Kem cavablayıb. O bildirib  ki, iki cərrahiyyə əməliyyatından sonra Mixael Şumaxer süni koma vəziyyətinə salınıb.

 

Qeyd edək ki, Şumaxer Fransada dağ xizəyi ilə sürüşərkən yıxılaraq  başından ağır travma alıb.

------------------------------

Müəllif | Apa.Tv
Apa.tv