Güləndən Ərdoğana SÜLH MƏKTUBU
Fətullah Gülən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana sülh məktubu göndərib. APA TV-nin məlumatına görə, baş nazir bir qrup yazıçıları və jurnalistləri qəbul edib. 4 saat davam edən görüşdən sonra jurnalistlər bu barədə açıqlama veriblər.
Baş nazir ötən ilin son günlərində ölkədə keçirilən rüşvət əməliyyatları haqqında da danışıb. Ərdoğan açılış nitqində korrupsiya adı altında həyata keçirilən, əslində isə çox fərqli mənalar daşıyan bu əməliyyatın əsla adi bir hüquqi proses olmadığını qeyd edib.
Baş nazir əməliyyatların ikinci dalğasının böyük sərmayələr qoyan iş adamlarının adlarını ləkələdiyini deyib.