Güclü yağışlar Avropada həyatı iflic edib

Avropada davam edən yağışlı hava  İngiltərə , Fransa və Belçikada həyatı iflic edib.

 

İngiltərənin  dəniz sahilində yerləşən şəhərlərdə əsən güclü külək bir neçə nəfərin ölümünə səbəb olub. Həddindən artıq yağan yağış Fransanın Şimal-Qərbindəki Breton bölgəsini su altında qoyub. Sakinlər su daşqınlarının qarşısını almaq üçün qum torbaları ilə sədd qurublar.

 

Belçikada isə əsən sürətli külək ağacları kökündən qoparıb. Ölkədə nəqliyyatın hərəkətində ciddi problem yaranıb.

 

Müəllif | Apa.Tv
Apa.tv