Qar Amerikanı iflic edib

Çovğun Amerika Birləşmiş Ştatlarının bir hissəsini yenidən  öz cənginə alıb. 3 ştatda yağan güclü qar həyatı iflic edib. Bəzi bölgələrdə qarın hündürlüyü 25 santimetrə çatıb. Men və Vermont ştatlarında elektrik enerjisi kəsilib.  Şimali Dakota ştatında isə çovğun və görmə dərəcəsinin aşağı düşməsi ilə əlaqədar dəmiryol səfərləri təxirə salınıb. Avtomobillər yollarda qalıb.  Meteoroloqlar temperaturun kəskin aşağı düşəcəyini söyləyiblər.

 

Müəllif | Apa.Tv
Apa.tv