HƏBSXANAYA BASQIN: 9 ÖLÜ
Meksikada yalançı polislər həbsxanaya hücum edib. Polis geyimində olan silahlıların hücumu zamanı 9 nəfər ölüb. Hadisə Meksikanın Guerrero əyalətində baş verib. Hücum edənlər öncə həbsxananın həyətindəki məhbuslara, daha sonra mühafizəçilərə atəş açıb. Qarşıdurma zamanı hücum edənlərdən 5 nəfər, məhbuslardan isə 4 nəfər ölüb. Daha 2 məhbus isə yaralanıb. Hücumdan sonra həbsxana ətrafında mühafizə gücləndirilib.
Qeyd edək ki, Guerrero mütəşəkkil cinayətkar qruplaşmaların ən fəal olduğu əyalətlərdən biridir.