Göyçayda zavod yandı

Göyçay rayonunda zavodda yanğın hadisəsi baş verib. Rayon yanğından mühafizə hissəsindən APA TV-yə verilən məlumata görə hadisə  Göyçay şəhərinin Atatürk küçəsində yerləşən “Göyçay-Konyak” ASC-nin məhsulların saxlanılması anbarında baş verib. Hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 1375 kvadratmetr olan anbarın 100 kvadratmetrlik hissəsi yanıb. Yanğın söndürülüb və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov