Bakıda 2 mərtəbəli ev yandı

Bakıda gecə saatlarında yanğın hadisəsi baş verib. Yanğın paytaxtın Nizami rayonunda ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 3 otağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülərək, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb.

 

Yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv