Pakistanda SİLAHLI HÜCUM: 11 ÖLÜ

Pakistanda ardıcıl baş verən silahlı hücumlar nəticəsində 11 nəfər qətlə yetirilib. Silahlı hücumlar Kəraçidə baş verib. Səhər naməlum kişi şəhərin cənub-şərqində bir avtomobilə atəş açıb. Nəticədə 3 nəfər həlak olub. Daha 2 nəfər şəhərin şimalındakı bazarda öldürülüb. Hadisədən sonra polis ölənlərin şəxsiyyətini müəyyən edib. Onlar siyasi partiyalardan birinin üzvləri olduğu məlum olub. Şəhərin digər hissəsində motosikletlə gəzən silahlı şəxslər polisə hücum edib. Polis aldığı güllədən həlak olub. Kəraçidə başqa bir silahlı hücum zamanı isə daha 4 nəfər, o cümlədən 1 qadın həlak olub. Naməlum şəxslər İslam seminariyasının da iki tələbəsini güllələyib. Tələbələrin ölümü yerli əhalini qəzəbləndirib və onlar aksiya keçiriblər. Aksiyaçılar hakimiyyətdən cinayətkarların həbs edilməsi və cəzalandırılmasını tələb ediblər.

 

Müəllif | Apa.Tv