Güləndən məktub: Güləmi, Ərdoğanamı?

Türkiyənin nurçulara bağlı "herkul.org" saytı Fətullah Gülənin Rəcəb Tayyib Ərdoğana ünvanlandığı qeyd olunan məktubunun tam mətnini yayıb. Saytda həmçinin məktubun baş nazir Ərdoğana yox, Trükiyə prezidenti Abdullah Gülə göndərildiyi bildirilir. Məlumata görə, Abdullah Gül dialoq qurmaq üçün bir jurnalisti Fətullah Gülənin yanına göndərib. Danışıqlardan sonra Fətullah Gülən həmin jurnalist ilə bir məktub göndərir.

 

Abdullah Gülün göndərdiyi və görüş sonrası Güləndən məktub gətirən yazıçı-jurnalist Fehmi Korudur.  Saytın xəbərinə görə, bu işdən Ərdoğanın da xəbəri olub. Bundan başqa bildirilir ki, məktubda heç bir bazarlıqdan və Gülənə ünvanlanan ittihamların qəbul olunmasından söhbət getmir.

 

Qeyd edək ki, dünən baş nazir Ərdoğan bir qrup yazıçı və jurnalistlə  görüşdə Fətullah Güləndən sülh məktubu aldığını bildirmişdi.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı