QAR YAĞACAQ
Yanvarın 6-dan Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava yağıntılı olacaq. Gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi, mülayim şimal-şərq və cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında 5-8 dərəcə isti proqnozlaşdırılır: "Şimal və şərq rayonlarında hava yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayın 7-də əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında az miqdarda yağıntı düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gündüz saatlarında aran rayonlarında 5-10 dərəcə isti, dağlıq rayonlarda 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti gözlənilir ".
Gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əlverişli sayılır.