Mədinədə təyyarə qezası: 29 NƏFƏR XƏSARƏT ALIB

Səudiyyə Ərəbistanının Mədinə Aeraportunda Səudiyyə Ərəbistanı Hava Yolları şirkətinə məxsus təyyarə təcili eniş edib. "Daily Star"-ın  məlumatına görə, eniş zamanı 315 sərnişini olan təyyarənin arxa təkərləri açılmayıb. Təyyarə təhlükəli eniş edib və gövdəsi eniş zolağına dəyib. Hadisə Nəticəsində 29 nəfər xəsarət alıb. Yaralılardan 11-i xəstəxanaya çatdırılıb. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib. Mədinə Aeroportunun nümayəndəsi Xalid Xeybərinin məlumatına görə, İrandan uçan təyyarədə 315 sərnişin olub. Təyyarədə xarici vətəndaşların olması barədə məlumat verilmir.

 

 

Müəllif | Apa.Tv