Nyu Yorkun Bronks rayonunda kiçik mühərrikli təyyarə avtomobil yoluna məcburi eniş edib.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Piper Cub təkmühərrikli təyyarənin göyərtəsində olan 3 nəfər xəsarətsiz dərhal təyyarəni tərk edə bilib. İnsidentin səbəbləri araşdırılır. İlkin ehtimala görə, təyyarə texniki nasazlıq və ya yanacaq çatışmazlığı səbəbindən məcburi eniş edib.