BAKI AEROPORTUNDA HƏYƏCANLI ANLAR: göyərtəsində 467 sərnişin olan təyyarə boşaldıldı
Ötən gecə Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında sərnişin təyyarəsi qəza enişi edib. APA TV-nin məlumatına görə, AİRBUS 380 təyyarəsi Sinqapurdan Londona uçurmuş.
Hava limanından APA TV-yə verilən məlumata görə, təyyarə təxminən saat 00.55-də qəza enişi edib. Buna təyyarə salonunun germetikliyinin pozulmasının səbəb olduğu bildirilir.
Təyyarənin göyərtəsində 467 sərnişin olub. Sərnişinlər təhlükəsiz yerə təxliyə ediliblər. Xəsarət alan olmayıb.