Bağdadda ticarət mərkəzləri partladılıb

İraqın paytaxtı Bağdadın müxtəlif bölgələrində baş verən partlayışlarda 12 nəfər ölüb, 41 adam yaralanıb.

 

Təhlükəsizlik orqanlarının məlumatına görə, Bağdadın Əs Şəhab bölgəsində alış-veriş mərkəzi və spirtli içki satılan mağazanın hədəfə alındığı hüdumlarda 9 nəfər ölüb, 27 adam yaralanıb. Hücumun partlayıcı quraşdırılmış avtomobillə edildiyi bildirilir.

 

APA TV-nin xəbərinə görə, Bağdadın əl-Meydan rayonunda törədilən partlayışda isə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

 

Bağdadın mərkəzində də ticarət mərkəzində partlayış baş verib. Bu dəfəki partlayışda 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv