Amerikada qar və şaxta fəlakəti: 16 ÖLÜ
Nyu-Yorkda görünməmiş şaxta və güclü qar üzündən Con Kennedi Beynəlxalq Hava Limanı yenidən bağlanıb. Bu barədə qərar Torontodan gələn təyyarənin eniş zolağından kənara çıxmasından sonra qəbul edilib. Hadisə nəticəsində heyət üzvləri və sərnişinlər arasında xəsarət alan olmayıb. Ümumilikdə, son günlər ABŞ-da 5000-dən çox təyyarə reysi ləğv edilib.
Sinoptiklər şimal-hərqi ştatlarda havanın temperaturunun -50 dərəcəyədək enəcəyini proqnozlaşdırırlar. APA TV-nin xəbərinə görə, indiyədək Birləşmiş Ştatlarda anomal soyuqlar nəticəsində 16 nəfər ölüb.
Qarın güclənəcəyi gözlənilir. Bəzi rayonlarda fövqəladə vəziyyət rejimi elan edilib, avtomobillərin hərəkəti pozulub, poçt rabitəsi dayandırılıb. Daha çətin günlərə hazırlaşan adamlar mağazalardan ehtiyat ərzaq alırlar.