Qadın voleybolçularımız DÜNYA ÇEMPİONATININ FİNAL MƏRHƏLƏSİNDƏ
Qadın voleybolçular arasında Bakıda keçirilən dünya çempionatının III mərhələsinin J qrupunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ötən axşam son turun oyunları keçirilib.
Voleybol Mərkəzində keçirilən yarışın III turunda öncə İsrail və Estoniya milliləri münasibətlərinə aydınlıq gətirib. Oyun birincilərin "quru hesab"lı qələbəsi ilə başa çatıb.
Ardınca Azərbaycan millisi Serbiya ilə üz-üzə gəlib. Hər 2 komanda ilk 2 turu qələbə ilə başa vurduğundan oyun xüsusi əhəmiyyət daşıyırdı.
Düzdür, matç Faiq Qarayevin yetirmələri üçün yaxşı başlamayıb. Lakin hesabda 2 dəfə geri düşən voleybolçularımız yekunda lazımi qələbəni qazanıblar. Tay-brekdə rəqibindən üstün olan komandamız qrup qalibi kimi mərhələ adlayıb. Bununla da, yığmamız mundialın final mərhələsində üçüncü dəfə oynamaq hüququ qazanıb.