Moskvada GÜCLÜ YANĞIN
Moskvanın qərbində yanğınla nəticələnən güclü partlayış qeydə alınıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış taxta altlıqlar anbarında baş verib. Nəticədə anbarın damı çöküb. Yanğın 1,5 min kvadrat metr ərazini əhatə edib.
Partlayışa qaz balonunun səbəb olduğub ehtimal edilir. Yanğının digər ərazilərə keçməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində 25 yanğınsöndürmə briqadası işləyir. Partlayış nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.